VI İslam Həmrəyliyi Oyunları: Üç muaytayçımız yarımfinalda
12 noyabr 2025 - 21:45 604
Azərbaycan muaytayçıları VI İslam Həmrəyliyi Oyunları çərçivəsində növbəti döyüşlərini keçiriblər.
Olympic.az xəbər verir ki, bu gün keçirilən 1/4 final görüşlərində 4 idmançımız mübarizə aparıb. Təmsilçilərimizdən Əli Əliyev 50-55 kq çəki dərəcəsində özbəkistanlı Xasan Salamova 30:27, Xəyal Əliyev isə 60-65 kq çəki dərəcəsində iranlı Masuod Abdolmaleki 30:27 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Digər idmançımız Səlahəddin Qocazadə isə 65-70 kq çəki dərəcəsində qazaxıstanlı Nurtaza Jumaxanovu 29:28 hesabı ilə məğlub edərək adını yarımfinalçılar sırasına yazdırıb. Yeganə xanım muaytayçımız Emili Rzayeva isə 55-60 kq çəki dərəcəsi üzrə yarışlarda türkiyəli Kubra Kocakuşa 18:20 hesabı ilə məğlub olub.
Qeyd edək ki, yarımfinal görüşləri sabah keçiriləcək.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı