VI İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi tarix açıqlanıb
22 fevral 2025 1346
VI İslam Həmrəyliyi Oyunları noyabrın 7-dən 21-dək Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçiriləcək.
Bu barədə İslam Həmrəyliyi İdman Assosiasiyası məlumat yayıb.
İdman tədbirinin Kamerunun paytaxtı Yaundedə keçirilməsi planlaşdırılsa da, qərara sonradan dəyişiklik edilib.
Xatırladaq ki, mayın 12-22-də Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında 54 ölkədən 3 mindən çox atlet idmanın 24 növü üzrə təşkil edilən yarışlarda 269 dəst medal uğrunda mübarizə aparıb. Bu Oyunlara 425 atletlə qatılan Azərbaycan 162 medalla (75 qızıl, 50 gümüş və 37 bürünc) birinci olub. Türkiyə ikinci (195 medal), İran üçüncü (98 medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn (21 medal) isə beşinci yerdə qərarlaşıb.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı