VIII “Asiya uşaqları” Oyunlarının bağlanış mərasimi olub
06 iyul 2024 1165
İyulun 6-da Yakutsk şəhərinin "Tuymaada" stadionunda VIII "Asiya uşaqları" Oyunlarının təntənəli bağlanış mərasimi keçirilib.
Mərasim qaliblərin və mükafatçıların paradı ilə başlayıb.
Tədbirdə Rusiya Baş nazirinin müavini Dmitri Çernışenko, Saxa Respublikasının başçısı Aysen Nikolaev və "Asiya Uşaqları" komitəsinin prezidenti Vladimir Maksimov çıxış edib.
Bədii hissə parlaq konsert proqramı ilə davam edib.
Qeyd edək ki, iyunun 26-dan iyulun 7-dək gənc idmançılar 24 idman növü üzrə 239 medal dəsti uğrunda mübarizə aparıb. Tədbirdə 24 ölkədən, o cümlədən Rusiyadan beş komandanın idmançıları iştirak edib. Azərbaycan bu yarışda 16 növ üzrə 80 idmançı ilə təmsil olunub.
Azərbaycan idmançıları oyunlarda uğurla çıxış edərək 6 qızıl, 10 gümüş və 19 bürünc olmaqla, ümumilikdə 35 medal əldə edib.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı