Vladimir Litvintsev fiqurlu konkisürmə üzrə dünya çempionatında iştirak edir
28 mart 2025 613
ABŞ-ın Boston şəhərində keçirilən fiqurlu konkisürmə üzrə dünya çempionatı davam edir.
İkinci yarış günündə kişilər mübarizəyə start veriblər.
Azərbaycan təmsilçisi Vladimir Litvintsev də qısa proqramla çıxış edib. Onun çıxışı 83,10 xalla qiymətləndirilib.
Vladimir 39 iştirakçı arasında 13-cü olub. İdmançımız sərbəst proqramda çıxış etmək hüququ qazanan “24-lük”də yer alıb.
Qısa proqramda ABŞ təmsilçisi İlya Malinin hamını qabaqlayıb – 110,41. Kişilərin sərbəst çıxışları martın 29-da baş tutacaq.
Qeyd edək ki, bu gün idman rəqslərində də yarışa start veriləcək. Samanta Ritter və Daniel Brıkalovdan ibarət Azərbaycan dueti də ritmik rəqslə çıxış edəcək.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı