Voleybol üzrə qadın və kişilər arasında Azərbaycan çempionatlarında ilk final oyunlarının tarixləri bəlli olub.
10 aprel 2023 1030

Kişi voleybolçuların Yüksək Liqasında üçüncülük uğrunda və final qarşılaşmalarına aprelin 11-də start veriləcək. Finalda "Xarı bülbül" və "Murov" kollektivləri, bürünc medal uğrunda isə "Neftçi" və MOİK komandaları üz-üzə gələcəklər.
Qadın voleybolçuların həlledici matçları isə aprelin 12-də başlayacaq. "Abşeron" və "Azərreyl" çempionu, UNEC və "Murov" isə bürünc mükafatın sahibini müəyyənləşdirəcəklər.
Növbəti final və üçüncülük uğrunda qarşılaşmaların keçiriləcəyi vaxtla bağlı məlumat veriləcək.
Qeyd edək ki, Yüksək Liqaların reqlamentinə əsasən komandalar bu mərhələdə üç qələbəyədək mübarizə aparacaqlar. Ehtiyac yaranacağı təqdirdə dördüncü və beşinci qarşılaşmalar təşkil olunacaq.
Yüksək Liqa (kişilər)
Final və bürünc medal uğrunda
11 aprel
1-ci oyunlar
17:00 "Neftçi" - MOİK
19:00 "Xarı bülbül" - "Murov"
Yüksək Liqa (qadınlar)
Final və bürünc medal uğrunda
12 aprel
1-ci oyunlar
15:00 "Azərreyl" - "Abşeron"
17:00 "Murov" - UNEC
Oyunlar Voleybol Mərkəzində təşkil olunacaq.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı