“Vugar Gashimov Fair Play Award”ın yeni sahibləri məlum olub
03 fevral 2023 990
Azərbaycanın mərhum şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun adına təsis edilmiş “Fair Play” mükafatının sahibləri Niderlandın Veyk-an-Zee şəhərində keçirilmiş "Tata Steel Chess" turnirinda məlum olub.
Vüqar Həşimov Şahmat Fondunun məlumatına əsasən, yarışın bağlanış mərasimində əsas və "challenge" yarışı üzrə fərqlənən şahmatçılar təltif ediliblər.
Fond tərəfindən təsis edilən mükafat əsas yarışda mübarizə aparan almaniyalı Vinsent Kaymer və "challenge"in iştirakçısı türk Mustafa Yılmaza verilib. Hər iki şahmatçı bu mükafata ilk dəfə layiq görülüb.
“Vugar Gashimov Fair Play Award” 2016-cı ildən təqdim olunur.
Bənzər xəbərlər
"Olimpiya dünyası" qəzetinin əməkdaşı “Zəfər” 2025 Beynəlxalq İdman Mükafatına layiq görülüb
Yanvarın 14-də "Sportsman" jurnalının təsis etdiyi "Zəfər” 2025 Beynəlxalq İdman ... Ətraflı
AKAF-ın İdarə Heyətinin iclası keçirilib
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının İdarə Heyətinin 2025-ci ilin yekunları ... Ətraflı