Xabarovskda 2 boksçumuz finala vəsiqə qazanıb, 3-ü bürünc medala sahib olub
17 may 2024 990
Rusiyanın Xabarovsk şəhərində boks üzrə Konstantin Korotkov Memorialında yarımfinal mərhələsi başa çatıb. Azərbaycan millisinin 2 üzvü qələbə qazanaraq finala yüksəlib.
60 kq-da Maqsud Xasmetov (60 kq) yarımfinalda Denis Parilovu (Rusiya) məğlub edib. İkinci raundda tam üstünlüklə qalib gələn boksçumuz finalda Dilşod Abdumurodovla (Özbəkistan) münasibətinə aydınlıq gətirəcək.
Ruslan Rüstəmov (63,5 kq) da həlledici görüşə vəsiqə qazanıb. O, yarımfinalda Nikita Birenkovdan (Rusiya) üstün olub – 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28). Rüstəmov finalda Sandan Sandarovla (Rusiya) qarşılaşacaq.
Digər boksçularımızdan Ümid Rüstəmov (57 kq) Maksim Pankova (Belarus), İlqar Salahov (67 kq) Ruslan Abdullayevə (Özbəkistan) və Mirşərif Kazımzadə (75 kq) Yeqor Şapoçanskiyə (Rusiya) məğlub olduqları üçün yarışı bürünc medalla başa vurublar.
Qeyd edək ki, finallar mayın 18-də keçiriləcək.
Bənzər xəbərlər
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı
Azərbaycan gimnastları beynəlxalq turniri 12 medalla başa vurublar
Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə ənənəvi SCALABISCUP ... Ətraflı
