Xaçmazda şahmat turniri keçirildi
17 aprel 2023 1251
Xaçmazda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş qızlar arasında şahmat turniri təşkil edilib. Turnir Azərbaycan Şahmat Federasiyasının Qadın və Sosial Komissiyası, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi eləcə də YAP Xaçmaz rayon təşkilatının birgə dəstəyi ilə baş tutub.
Tədbirdə Azərbaycan milli komandasının üzvü Şəhriyar Məmmədyarov, Xaçmaz rayon İcra hakimiyyətinin başçısının birinci müavini Anar Oruclu, AŞF-nin Qadın və Sosial Komissiyasının rəhbəri, beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova eləcə də YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov iştirak edib.
Xaçmaz təmsilçisi olan komanda turnirdə birinci yerə layiq görülüb.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı

.jpeg)
