Xalq pəhləvanı Əliyar Musayevin adı 3 rekordlar kitabına düşüb
16 yanvar 2025 629
Xalq pəhləvanı Əliyar Musayevin adı 3 rekordlar kitabına düşüb.
Bu barədə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
63 yaşlı şərurlu xalq pəhləvanının bir çox güc nömrələri, ağırlıqlıqları ən kiçik barmağı ilə ram etməsi böyük maraqla qarşılanır. Pəhləvanın nail olduğu göstəricilərdən biri artıq rəsmi rekord kimi qeydə alınıb.
Əliyar Musayevin adı bu yaxınlarda Avropanın, MDB-nin və Rusiyanın rekordlar kitabına düşüb.
Bundan başqa, pəhləvan “Rusiya rekordlar kitabı”nın “Qızıl ulduz” nişanı ilə təltif olunub. Pəhləvanıpn bu uğuru 22 avqust 2023-cü ildə Keşlə dəmir yolu stansiyasında ümumi çəkisi 71 ton 250 kq olan qatarı (3 vaqon) dartmasına görə qiymətləndirilib. Mükafatlar hər üç kitaba baş redaktorluq edən Aleksey Svistunov tərəfindən Moskva şəhərində təqdim olunub.
Xatırladaq ki, 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Naxçıvan Dəmiryol Vağzalının dəstəyi ilə Əliyar Musayevin pəhləvanlıq proqramı izlənilib.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı