Xalqımızın yeni əsrdə yeni lideri olan İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 20 il ötür
15 oktyabr 2023 1632
Bu gün xalqımızın yeni əsrdə yeni lideri olan İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 20 il ötür.
2003-2023-cü illər ölkəmizin tarixinə yüksəliş dövrü kimi daxil olub. Bu gün ölkəmizə Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin əsaslarını dərindən mənimsəmiş, xalqına xidməti həyat amalına çevirmiş, Azərbaycanın dövlət müstəqilliyinin və dinamik inkişafının qarantı olduğunu əyani şəkildə sübuta yetirmiş İlham Əliyev kimi müdrik, qətiyyətli və mahir siyasətçi rəhbərlik edir. Prezident İlham Əliyevin – Azərbaycanın müstəqilliyinin və dinamik inkişafının qarantı olan qətiyyətli, müdrik liderimizin 20 illik fəaliyyəti dövründə Azərbaycanın beynəlxalq nüfuzu, iqtisadi və siyasi gücü Qarabağın işğaldan azad edilməsi ilə daha da möhkəmləndi. Ölkəmizin Prezidenti seçilməsinin 20 illik ildönümü münasibətilə Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevi təbrik edir, can sağlığı və uğurlar arzulayırıq.
Bənzər xəbərlər
Avarçəkmə və kanoe üzrə Azərbaycan birinciliyi keçirilib
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının ... Ətraflı
Mingəçevirdə keçiriləcək beynəlxalq reqata üçün 20-yə yaxın ölkə iştirakını təsdiqləyib
Mingəçevirdə keçiriləcək akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2026" ... Ətraflı