Xasay Həsənli Avropa çempionatının finalında
13 mart 2023 947
Rumıniyanın Buxarest şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürüb.
İlk yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb.
Xasay Həsənli (77 kq) qitə birinciliyinə inamlı start verib. Ötən il analoji yarışın qalibi olan pəhləvanımız əvvəlcə türkiyəli Şahan Acara (10:0), daha sonra isə litvalı Aistis Liauqminasa (9:0) tam üstünlüklə qalib gəlib. Yarımfinalda ukraynalı Nikita Politayevdən (5:1) güclü olan Həsənli sabah finalda moldovalı Aleksandrin Qutu ilə üz-üzə gələcək.
Rahim Həsənov 1/4 finalda ermənistanlı Karapet Manvelyana (1:7), Ziya Babaşov (63 kq) ilk mərhələdə bu ölkənin digər təmsilçisi Sahak Hovannisyana (1:3), Məhəmməd Əhmədiyev (87 kq) təsnifat mərhələsində gürcüstanlı Açiko Bolkvadzeyə (4:5), Sərxan Məmmədov (130 kq) isə startda ukraynalı Mixaylo Vişnivetskiyə (1:9) məğlub olub. Sərxanın rəqibi finala yüksəldiyi üçün güləşçimiz sabah təsəlliverici görüşdə rumıniyalı Gean Ali ilə qarşılaşacaq.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı