"Xəzri" dən ardıcıl ikinci qələbə
01 noyabr 2023 1119
1 noyabr "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) ikinci turunun açılış oyunu baş tutub. İlk turda qələbə qazanmış "Xəzri", region təmsilçisi "Gəncə" ilə qarşılaşıb. Qarşılaşma paytaxt klubu "Xəzri" nin 93-76 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular: "Xəzri" (Endryu Platek - 19 xal, 5 ribaund), "Gəncə" (Derek Rouds - 19 xal, 1 ribaund)
Qeyd edək ki, ikinci turun digər oyunları ("Sumqayıt" - "Xırdalan", "Cəlilabad" - "Neftçi", "Şəki" - "Sərhədçi", "NTD-INDIGO" - "Sabah") 3-5 noyabr tarixləri aralığında baş tutacaq.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı