Xəbərlər

Yeniyetmə boksçuların Azərbaycan birinciliyinə yekun vurulub

15 yanvar 2024 184

Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə yekun vurulub.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 74 komandanın 408 boksçusu qüvvəsini sınayıb.

Yeddi gün davam edən turnirdə 14 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

Boks Mərkəzində təşkil olunan final döyüşlərində qalib gələn Rüstəm Şahbazov, Əli Məmmədov, Zakir Həsənzadə, İsmayıl Rzayev, Bağır Əmirxanlı, Sübhan Babayev, Haqverdi Həsənov, Nurlan Abışov, Kənan Aslanlı, Valeh Eyvazlı, Rza Rzayev, İsmayıl Vəliyev, Əmir Abasov və Səftər Məmmədzadə çempion tituluna sahib olublar.

Turnirin komanda hesabında Sumqayıt (3-3-5) birinci yeri tutub. İkinci pilləyə “Qızıl əlcək” İdman Klubu (3-1-1) yiyələndiyi halda, “üçlüy”ü Gəncə (2-1-7) qapayıb.

Çempionatda ən yaxşı boksçu adına bütün görüşlərini tam üstünlüklə başa vuran Rza Rzayev (Gəncə) layiq görülüb. Ruhin Səfərov (Naxçıvan MR) ən əzmkar boksçu, Fərhad Rəhmanov ən yaxşı hakim adına sahib olub.

Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Azərbaycan birinciliyi

Finallar

44 kiloqram

Rüstəm Şahbazov (Sumqayıt) – Ayxan Həsənov (“Təhsil” RİM) – 3:2

46 kiloqram

Əli Məmmədov (Astara) – Səid Aslanzadə (Sumqayıt) – 5:0

48 kiloqram

Zakir Həsənzadə (Gəncə) – İmran Axundov (“Təhsil” RİM) – 5:0

50 kiloqram

İsmayıl Rzayev (“Qızıl əlcək”) – Ülvi Ələsgərov (Gəncə) – 5:0

52 kiloqram

Bağır Əmirxanlı (“Təhsil” RİM) – Məhəmmədəli Məmmədəli (Tərtər) – 5:0

54 kiloqram

Sübhan Babayev (Sumqayıt) – Şahin Aslanov (“Təhsil” RİM) – birinci tam üstünlüklə qalib gəlib

57 kiloqram

Haqverdi Həsənov (Naxçıvan MR) – Mansur Xodjayev (“Zabit” İK) – 4:1

60 kiloqram

Nurlan Abışov (“Qızıl əlcək”) – Vüsal Xəlilov (Sumqayıt) – 3:2

63 kiloqram

Kənan Aslanlı (Sumqayıt) – Dəniz Zeynalov (“Qızıl əlcək”) – birinci tam üstünlüklə qalib gəlib

66 kiloqram

Valeh Eyvazlı (“Qızıl əlcək”) – Sarvan Abdullazadə (“Firuz” BK) – 5:0

70 kiloqram

Rza Rzayev (Gəncə) – Ömər İmanlı (“Təhsil” RİM) – birinci tam üstünlüklə qalib gəlib

75 kiloqram

İsmayıl Vəliyev (Pirşağı-Kürdəxanı OİK) – Ömər Quluzadə (Sumqayıt) – birinci tam üstünlüklə qalib gəlib

80 kiloqram

Əmir Abasov (Qəbələ) – Əli Məmişov (“Təhsil” RİM) – 5:0

+80 kiloqram

Səftər Məmmədzadə (Ağsu) – Məhəmməd Cəfərov (Z-1 İK) – 4:1

Bütün mükafatçılar

44 kiloqram

1. Rüstəm Şahbazov (Sumqayıt)

2. Ayxan Həsənov (“Təhsil” RİM)

3. Əli Əliyev (Gəncə)

3. Hüseyn Quliyev (“Qızıl əlcək”)

46 kiloqram

1. Əli Məmmədov (Astara)

2. Səid Aslanzadə (Sumqayıt)

3. Ümid Rüstəmov (Masallı)

3. Şahin Mustafayev (Gəncə)

48 kiloqram

1. Zakir Həsənzadə (Gəncə)

2. İmran Axundov (“Təhsil” RİM)

3. Aydın Qasımov (Mingəçevir)

3. Kərim Sultanov (Sumqayıt)

50 kiloqram

1. İsmayıl Rzayev (“Qızıl əlcək”)

2. Ülvi Ələsgərov (Gəncə)

3. Əflatun İsmiyev (Sumqayıt)

3. Elxan Ağazadə (UGİM-7)

52 kiloqram

1. Bağır Əmirxanlı (“Təhsil” RİM)

2. Məhəmmədəli Məmmədəli (Tərtər)

3. Raul Heydərli (“Firuz” BK)

3. Nahid Bayramov (Sumqayıt)

54 kiloqram

1. Sübhan Babayev (Sumqayıt)

2. Şahin Aslanov (“Təhsil” RİM)

3. Əli Baxışov (Cəlilabad)

3. Dəniz Mirzağayev (“Təhsil” RİM)

57 kiloqram

1. Haqverdi Həsənov (Naxçıvan MR)

2. Mansur Xodjayev (“Zabit” İK)

3. Həsrət Mehduyev (Gəncə)

3. Seydəmir Quliyev (Sumqayıt)

60 kiloqram

1. Nurlan Abışov (“Qızıl əlcək”)

2. Vüsal Xəlilov (Sumqayıt)

3. Turğay Rəhimli (Gəncə)

3. Raul Abdullayev (Lənkəran)

63 kiloqram

1. Kənan Aslanlı (Sumqayıt)

2. Dəniz Zeynalov (“Qızıl əlcək”)

3. Murad Quliyev (Şəmkir)

3. Tarverdi Məmmədli (“Spartak” İC)

66 kiloqram

1. Valeh Eyvazlı (“Qızıl əlcək”)

2. Sarvan Abdullazadə (“Firuz” BK)

3. Fərid Məmmədov (Qazax)

3. Musa İbadov (Balakən)

70 kiloqram

1. Rza Rzayev (Gəncə)

2. Ömər İmanlı (“Təhsil” RİM)

3. Ülvi Novruzov (“Zenit” İK)

3. Sahəddin Həsənli (Gəncə)

75 kiloqram

1. İsmayil Vəliyev (Pirşağı-Kürdəxanı OİK)

2. Ömər Quluzadə (Sumqayıt)

3. Şamil Paşayev (Gəncə)

3. İmrahim Nağıyev (Göygöl)

80 kiloqram

1. Əmir Abasov (Qəbələ)

2. Əli Məmişov (“Təhsil” RİM)

3. İlkin Şəməmmədov (Pirşağı-Kürdəxanı OİK)

3. Hüseyn Abdiyev (Gəncə)

+80 kiloqram

1. Səftər Məmmədzadə (Ağsu)

2. Məhəmməd Cəfərov (Z-1 İK)

3. Nadir İsmixanov (“Təhsil” RİM)

3. Rahib Təhməzov (Sumqayıt)