Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi start götürür
16 yanvar 2024 807

Bu gün 18 yaşadək yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi start götürəcək.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, yarış fərdi və komandalar arasında keçiriləcək.
Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində təşkil olunacaq turnirdə qadınlar və kişilər arasında altı çəkidə 207 cüdoçu medallar uğrunda mübarizə aparacaq.
İlk gündə oğlanlar arasında 46 kiloqram, 60 kiloqram və 81 kiloqram çəki dərəcələrində, qızlar arasında isə 36 kiloqram, 48 kiloqram və 63 kiloqram çəki dərəcələrində qaliblər bəlli olacaq.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı