Yeniyetmə cüdoçular Avropa kubokunda 5 medal qazanıblar
12 aprel 2025 522
Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmələr arasında Avropa kuboku start götürüb.
Azərbaycanın 5 cüdoçusu ilk yarış günündə fəxri kürsüyə yüksəlib.
Qızlar arasında 48 kq çəki dərəcəsində tatamiyə çıxan Nərmin Ağamirzadə gümüş medalla kifayətlənib. Bu çəkidə Leyla Ələkbərova isə üçüncü olub. Xədicə Abdullayeva (44 kq) da turniri bürünc medalla tamamlayıb.
Oğlanların mübarizəsində isə Rza Xəlilli (50 kq) və Zeyd Ələsgərov (60 kq) bürünc medala sahib olublar.
Qeyd edək ki, Avropa Kubokunda 15 ölkədən 340 cüdoçu qüvvəsini sınayır.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı