Yeniyetmələr arasında ağır atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək
10 may 2022 1824
Mayın 13-dən 15-dək Ağır Atletika Akademiyasında yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi keçiriləcək.
Şüvəlan qəsəbəsindəki yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klublar, mərkəzlər, UGİM-ləri təmsil edən 150-yə yaxın gənc atlet iştirak edəcək.
Yarışın keçirilməsində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində ağır atletika idman növünün inkişaf səviyyəsinin müəyyənləşdirilməsi, perspektivli yeniyetmə ağır atletlərin aşkar olunması, yeniyetmə oğlan və qızlardan ibarət yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, beynəlxalq yarışlara hazırlanması.
Bənzər xəbərlər
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı