Yunan-Roma güləşçilərimiz Bratislavada mübarizəyə başlayır
11 aprel 2025 871
Azərbaycanın yunan-Roma güləşçiləri Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında mübarizəyə başlayırlar.
Klassiklərin mübarizəsində ilk olaraq 5 idmançımız xalça üzərinə çıxacaq. Ölkəmizi 55 kq çəki dərəcəsində Eldəniz Əzizli, 63 kq-da Murad Məmmədov, 77 kq-da Sənan Süleymanov, 87 kq-da İslam Abbasov və 130 kq-da Beka Kandelaki təmsil edəcək. Güləşçilərimiz medal uğrunda gərgin rəqabətə qoşularaq finala vəsiqə qazanmağa çalışacaqlar. Bu çəkilərdə medal qarşılaşmaları sabah keçiriləcək.
Bundan başqa, qadın güləşi üzrə təmsilçimiz Jalə Əliyeva (57 kq) da bu gün bürünc medal uğrunda xalçaya çıxacaq. O, finlandiyalı Cenna Hemyae ilə qarşılaşacaq. Qeyd edək ki, J.Əliyeva yarımfinalda zədələndiyi üçün rəqibinə məğlub olmuşdu.
Xatırladaq ki, Avropa çempionatının ilk mərhələsində sərbəst güləşçilərimiz ölkəmizə parlaq uğurlar qazandırıblar. Komandamız 1 qızıl, 1 gümüş və 4 bürünc medal əldə edib. Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu adını qazanıb. Osman Nurməhəmmədov (92 kq) gümüş medala layiq görülüb. İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) isə bürünc medala sahib çıxıb.
Bu nəticələrlə Azərbaycan sərbəst güləş millisi komanda hesabında Avropa çempionu olub. Qitə birinciliyinə aprelin 13-də yekun vurulacaq.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı