Yunan-Roma güləşçilərimiz dünya çempionatında üçüncü yeri tutub
23 avqust 2024 903
İordaniyanın Amman şəhərində keçirilən U-17 dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçiləri üçüncü yerə çıxıb.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında dünya çempionatında iştirak edən komandamız 3 medal qazanıb.
Turan Daşdəmirov (51 kq) və Ayxan Cavadov (60 kq) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. Əmrah Əmrahov (48 kq) isə bürünc medal əldə edib.
Yekunda 105 xal toplayan millimiz komanda hesabında dünya üçüncüsü olub. İran (140) birinci, Özbəkistan (113) isə ikinci yeri tutub.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı