Yunan-Roma güləşi üzrə millimiz U-17 dünya çempionatını 2 qızıl və 1 bürünc medalla başa vurub
21 avqust 2024 1287
İordaniyanın Amman şəhərində güləş üzrə U-17 dünya çempionatı davam edir.
Bu gün yunan-Roma güləşi üzrə son 5 çəkidə qaliblər müəyyənləşib.
Şahid Nəbiyev (45 kq) təsəlliverici görüşdə iranlı Əhməd Badraddiniyə 4:9, Yusif Əhmədli (71 kq) isə amerikalı Jozef Dennisə 7:10 hesabıyla məğlub olub.
Əvəzində son Avropa çempionlarımız ümidləri doğruldub.
Turan Daşdəmirov (51 kq) finalda qırğızıstanlı Kutman Kalbayevə 5:3 hesabıyla qalib gələrək ikinci dəfə dünya çempionu olub. Beləliklə, Daşdəmirov U-17 yaş qrupunda mübarizə apardığı 2 il ərzində maksimum nəticəyə imza ataraq 2 qat Avropa, 2 qat dünya çempionu ünvanına sahib çıxıb. Bu yerdə xatırlatmaq yerinə düşər ki, Turan həm də 2022-ci ildə U-15 Avropa çempionatının qalibi olub.
Ayxan Cavadov (60 kq) isə finalda gürcüstanlı Vaxtanq Loluaya 4:1 hesabıyla qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Cavadov bu il qitə birinciliyində də baş mükafata sahib çıxmışdı.
Beləliklə, yeniyetmələrdən ibarət yunan-Roma güləşi üzrə millimiz U-17 dünya çempionatını 2 qızıl və 1 bürünc medalla başa vurub. Xatırladaq ki, dünən Əmrah Əmrahov (48 kq) dünya üçüncüsü olub.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı
