Yutta Lerdamın Olimpiya forması hərracda rekord qiymətə satılıb
01 mart 2026 - 17:20 344
Niderlandlı Olimpiya çempionu, sürətli konkisürən Yutta Lerdamın ötən ay İtaliyada təşkil olunan XXV Qış Olimpiya Oyunlarında geyindiyi idman forması hərracda rekord qiymətə satılıb.
"nu.nl" portalına istinadən, hərracda formanın yekun satış qiyməti 195 min avro təşkil edib.
Satışdan əldə olunan vəsaitin böyük hissəsi Lerdamın uşaq yaşlarında idmana başladığı "Pijnacker" konkisürmə klubuna köçürüləcək. Hərracın təşkilatçıları bir geyim üçün ödənilən bu məbləği müstəsna hal kimi dəyərləndiriblər.
Bildirilib ki, bu nəticə hərracı təşkil edən platforma tarixinin mütləq rekordudur və hətta Kriştianu Ronaldunun lotları belə indiyədək bu qiymətə satılmayıb.
Hərracda ümumilikdə 19 olimpiyaçının geyimi satışa çıxarılıb. Toplanan bütün vəsait çempionların yetişdiyi uşaq və gənclər klublarının dəstəklənməsinə yönəldiləcək.
Qeyd edək ki, Milanda 500 metr məsafəyə sürətli konkisürmədə qızıl medal qazanan digər niderlandlı idmançı Femke Kokun forması isə 4 802 avroya alıcı tapıb.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı