Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
06 noyabr 2023 1058
Noyabrın 5-də Azərbaycan Velosiped Federasiyası (AVF) və Müdafiə Sənayesi Nazirliyinin (MSN) birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Səbail rayonunda yerləşən Veloparkın ərazisində 8 Noyabr - Zəfər Günü münasibətilə veloyürüş keçirilib.
Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin güclü iradəsi və qətiyyətli rəhbərliyi, xalqımızın birliyi, yenilməz Ordumuzun rəşadəti hesabına Vətən müharibəsində qazanılmış tarixi Qələbəyə həsr olunan veloyürüşdə milli komandamızın, AVF-nin, həmçinin MSN-in Velosiped İdman Klubunun üzvləri, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları, digər peşəkar və həvəskar velosipedçilər iştirak ediblər.
Ümumilikdə 100 nəfərdən çox velosipedçi Veloparkın mərkəzindən start götürərək təyin olunmuş marşrut üzrə 2 dairə vurublar.
Sonda veloyürüş iştirakçıları xatirə şəkli çəkdiriblər.
Bənzər xəbərlər
Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışı: 4 mərhələ, 4 fərqli qalib
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışında ... Ətraflı
AGF-də yeni Komitə təsis edilib
Azərbaycan Güləş Federasiyasının (AGF) Etika və İntizam komitəsi təsis edilib.
AGF-nin ... Ətraflı