"Zəfər Kuboku 2025" turnirinin qalibləri müəyyənləşib
28 oktyabr 2025 - 15:25 58
Vətən müharibəsində qazanılan şanlı qələbəyə həsr olunan güllə atıcılığı üzrə "Zəfər Kuboku 2025" turnirinin qalibləri müəyyənləşib.
Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində keçirilən yarışda Azərbaycan, Belarus və Gürcüstanı təmsil edən ümumilikdə 100-dən çox idmançı mübarizə aparıb.
Nəticələri təqdim edirik:
Qadınlar arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş açma
1. Nikol Kurilenak (Belarus)
2. Darya Çupris (Belarus)
3. Əfsanə Elvina (Azərbaycan)
Kişilər arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş açma
1. Ruslan Qəhrəmanov (Azərbaycan)
2. Əliməmməd Hüseynov (Azərbaycan)
3. Ramiz Xəlilov (Azərbaycan)
Qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma
1. Nigar Nəsirova (Azərbaycan)
2. Lyubov Yaskeviç (Belarus)
3. Zoya Dasko (Belarus)
Kişilər arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma
1. İvan Kazak (Belarus)
2. Vladislav Dzemeş (Belarus)
3. Vladislav Kalmıkov (Azərbaycan)
10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə qarışıq komanda yarışı
1. Elvina Əfsanə / Zahid Sofiyev (Azərbaycan)
2. Aynur Mahmudova / Ruslan Qəhrəmanov (Azərbaycan)
3. Vəfa Zeynalova / Əliməmməd Hüseynov (Azərbaycan)
10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə qarışıq komanda yarışı
1. Zoya Dasko / Yuri Kravtsov (Belarus)
2. Aleksandra Pyatrova / Vladislav Dzemeş (Belarus)
3. Mariami Prodiaşvili / Giorgi Mumladze (Gürcüstan)
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
Noyabrın 1-də Azərbaycan Velosiped İdmanı Federasiyası İcraiyyə Komitəsinin növbəti iclası ... Ətraflı
Azərbaycanın cüdo millisi Avropa çempionatında birinci olub
Moldovanın paytaxtı Kişineuda cüdo üzrə U-23 Avropa çempionatı başa çatıb.
İkinci ... Ətraflı