Zelim Kotsoyev Dünya çempionatının bürünc medalını qazandı
11 oktyabr 2022 2157
11 oktyabrda Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında daha bir cüdoçumuz bürünc medal qazanıb.
-100 kq. çəkidə yarışan cüdoçumuz Zelim Kotsoyev ilk görüşündə isveçrəli idmançı Daniyel Eyxi, 1/8 finalda Qazaxıstanlı idmançı Nurlixan Şarxanı, ¼ finalda isə Xorxe Fonsekanı məğlub edib. Zelim bürünc medal uğrunda görüşdə Belçika təmsilçisi Toma Nikiforova qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə çıxıb.
Qeyd edək ki, bundan əvvəl Dünya çempionatında -73 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Hidayət Heydərov bürünc medal qazanıb.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı