Zelim Tçkayev “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb
23 sentyabr 2023 1021
Azərbaycanın daha bir cüdoçusu Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb.
81 kiloqram çəki dərəcəsində çıxış edən Zelim Tçkayev finalda Avstriya təmsilçisi Şamil Borçaşviliyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, bu gün Hidayət Heydərov da (73 kiloqram) “Böyük dəbilqə”nin qızıl medalını qazanıb.
"Böyük dəbilqə" turnirində daha əvvəl Azərbaycan cüdoçularından Yaşar Nəcəfov (66 kiloqram) qızıl, Leyla Əliyeva (48 kiloqram) isə gümüş medal əldə edib.
Bənzər xəbərlər
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib.
Qurumdan verilən ... Ətraflı
Azərbaycanın fiqurlu konkisürənləri Sofiyada bürünc medal qazanıblar
Azərbaycanın fiqurlu konkisürənləri Bolqarıstanın Sofiya şəhərində keçirilən “Sofia Trophy” adlı ... Ətraflı