Zemfira Meftahətdinova: Dünya çempionatında ölkəmizi 31 idmançı təmsil edəcək
15 avqust 2023 918
Bakıda keçiriləcək Atıcılıq üzrə Dünya çempionatında Azərbaycandan 31 nəfər idmançı iştirak edəcək.
Bu sözləri Bakıda keçiriləcək atıcılıq üzrə 53-cü Dünya çempionatı ərəfəsində təşkil olunan mətbuat konfransında Azərbaycan Atıcılıq Federasiyasının və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftahətdinova deyib. Qeyd edib ki, idmançılarımızdan 12 nəfər stend atıcılığı, qalanı isə güllə atıcılığı üzrə ölkəmizi Dünya çempionatında təmsil edəcək:
“Komanda tərkibində bizim gənc idmançılarımız da iştirak edir. Hər idmançı yarışa gəldikdə qalib olmaq istəyir. Məşqçilər idmançılarımız üçün hər bir şəraiti yaradır. Onlar da çalışırlar ki, ən yaxşısını əldə etsinlər”.
Qeyd edək ki, Dünya çempionatının açılış mərasimi bu gün olacaq. Yarış sentyabrın 1-dək davam edəcək.
Bənzər xəbərlər
Fiqurlu konkisürənimiz Milan-Kortina-2026-da çıxışını başa vurdu
İtaliyada keçirilən Milan-Kortina-2026 Qış Olimpiya Oyunları çərçivəsində fiqurlu konkisürmə yarışlarında ... Ətraflı
Milan-Kortina-2026: Fiqurlu konkisürmə yarışında tarixi an
İtaliyada keçirilən XXV Qış Olimpiya Oyunları davam edir.
Təxminən 50 ildən ... Ətraflı