Anna Skidan finala vəsiqə qazanıb
04 avqust 2024 1462
Paris Yay Olimpiya Oyunlarında atletika yarışlarında ölkəmizi təmsil edən Anna Skidan mübarizəyə qoşulub.
Çəkicatma növündə mübarizə aparan atletimiz təsnifat mərhələsində ilk iki cəhdində 69.58 və 69.04 metr nəticə ilə yadda qalıb.
Skidan 3-cü cəhdində daha uğurlu çıxış edərək 72.55 metr göstəriciyə nail olub.
Bu nəticə ilə Anna A və B qruplarının yekununda 32 atlet arasında 6-cı yeri tutub.
Beləliklə, Anna Skidan Olimpiya Oyunlarında final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, qadınların çəkicatma yarışlarında qaliblər avqustun 6-da müəyyən olunacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı


