Anar Bağırov: “Belə çətin şəraitdə və çətin yarışlarda 6 medal qazanmaq böyük nailiyyətdir”
15 noyabr 2026 - 04:24 13
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandasının nümayəndə heyəti Vətənə qayıdıb.
Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanma mərasimi zamanı Milli Olimpiya Komitəsinin (MOK) xarici əlaqələr idarəsinin müdiri, Azərbaycan nümayəndə heyətinin şef-de-missionu Anar Bağırov Oyunların yekunları və idmançılarımızın çıxışları ilə bağlı fikirlərini bildirib:
“Dakar-2026 Yeniyetmələrin Yay Olimpiya Oyunları artıq başa çatdı. On üç yeniyetmə idmançı ilə təmsil olunan Azərbaycan komandası bu yarışı 6 – 3 qızıl və 3 gümüş medalla başa vurdu. Nəzərə alsaq ki, bu Oyunlarda belə rəqabətli şəraitdə mübarizə aparmaq olduqca çətindir, lakin idmançılarımız bu sınaqdan da uğurla çıxdılar. Medal qazanan 6 idmançımızdan başqa, digər təmsilçilərimiz də yüksək əzmkarlıq nümayiş etdirdilər.
Ümumilikdə götürdükdə, çətin şəraitdə və gərgin rəqabət mühitində keçən yarışlarda 6 medal qazanmaq böyük nailiyyətdir."
Bənzər xəbərlər
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandasının nümayəndə heyəti Vətənə qayıdıb
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının gümüş ... Ətraflı
Gülər Hüseynova: "Qazandığım gümüş medal gələcək uğurlarıma təkan verəcək"
"Yeniyetmələrin Yay Olimpiya Oyunları tarixində gümüş medal qazanan ilk azərbaycanlı ... Ətraflı

