Xəbərlər

Adil Kazımlı: “Zəfər günündə medal qazandığım üçün çox xoşbəxtəm"

15 noyabr 2026 - 04:31 11

"Dakar-2026 karyeramın ən yaddaqalan yarışlarından biri olacaq" 

 

Bu sözləri Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında gümüş medal qazanan taekvondoçumuz Adil Kazımlı Heydər Əliyev Beynəlxalq Hava Limanında  qarşılanma mərasimində müsahibəsində deyib.

 

O qeyd edib ki, Yeniyetmələrin Olimpiya Oyunlarında çıxışı əlamətdar bir tarixlə yadda qalacaq. 

 

"Dakar-2026 Yeniyetmələrin Yay Olimpiya Oyunlarının keçirildiyi vaxt biz Zəfər günümüzü qeyd edirdik. Zəfər günündə medal qazandığım üçün çox xoşbəxtəm", - deyə Adil Kazımlı vurğulayıb.