Gülər Hüseynova: "Qazandığım gümüş medal gələcək uğurlarıma təkan verəcək"
15 noyabr 2026 - 04:27 11
"Yeniyetmələrin Yay Olimpiya Oyunları tarixində gümüş medal qazanan ilk azərbaycanlı xanım boksçu kimi Vətənə qayıtmaq çox gözəl hissdir."
Bu sözləri Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında gümüş medal qazanan xanım boksçumuz Gülər Hüseynova Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanma mərasimində açıqlamasında deyib.
O qeyd edib ki, bu nəticə Azərbaycan boks idmanı tarixində yeni bir səhifədə yer alacaq.
"İnanıram ki, Dakar-2026 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında əldə etdiyim bu mükafat gələcək uğurlarıma təkan verəcək. Arzu edirəm ki, belə bir parlaq nəticəni yaxın gələcəkdə böyüklərin Yay Olimpiya Oyunlarında təkrarlayım", - deyə Gülər Hüseynova bildirib.
Bənzər xəbərlər
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandasının nümayəndə heyəti Vətənə qayıdıb
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının gümüş ... Ətraflı
Anar Bağırov: “Belə çətin şəraitdə və çətin yarışlarda 6 medal qazanmaq böyük nailiyyətdir”
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak ... Ətraflı


