Xəbərlər

Tərtər "Gənclər paytaxtı", Masallı isə "İdman paytaxtı" seçilib

26 noyabr 2026 - 23:12 12

Gənclər və İdman Nazirliyinin kollegiya iclasında 2028-ci il üçün "Gənclər paytaxtı" və "İdman paytaxtı" müəyyənləşib.

 

Səsvermənin nəticələrinə əsasən, Tərtər "Gənclər paytaxtı", Masallı isə "İdman paytaxtı" seçilib.

 

Qeyd edək ki, bu statuslar çərçivəsində il ərzində müvafiq şəhərlərdə gənclər və idman sahələri üzrə müxtəlif tədbirlərin təşkili nəzərdə tutulur.