Xəbərlər

ASTF-in prezidenti seçilib

16 sentyabr 2026 - 16:08 21

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) prezidenti seçilib. 2014-cü ildən federasiyaya rəhbərlik edən Şahin Mustafayev, qarşıdakı 4 il ərzində də Azərbaycan stolüstü tennisinin daha da inkişaf etdirilməsi, idmançıların beynəlxalq arenada daha böyük uğurlar qazanması və yeni perspektivli tennisçilərin yetişdirilməsi istiqamətində səmərəli fəaliyyətini davam etdirəcək.