Avropa çempionatı: Azərbaycan badmintonçusu 1/4 finala yüksəlib
11 aprel 2024 813
Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Almaniyanın Saarbrükken şəhərində keçirilən Avropa çempionatında 1/4 finala yüksəlib.
Kişilərin şəxsi yarışındakı ilk görüşündə Bolqarıstan təmsilçisi Dimitar Yanakievi 2:0 (21:10,21:18) hesabı ilə məğlub edən idmançı 1/8 finala yüksəlmək uğrunda sloveniyalı Miha İvançiçi mübarizədən kənarlaşdırıb – 2:0 (21:13,21:13).
Ən güclü “səkkizliy”ə yüksəlmək üçün danimarkalı Maqnus Yohannesenlə qarşılaşan badmintonçumuz rəqibi ilə gərgin və maraqlı mübarizə şəraitində keçən görüşdə 2:1 (21-19,12-21,21-19) hesablı qələbə qazanaraq 1/4 finala vəsiqə adlayıb.
Edi yarımfinal uğrunda görüşdə fransalı Toma Junior Popovla qarşılaşacaq.
Bənzər xəbərlər
Dünya çempionatı: Uşanqi Kokauri finala vəsiqə qazanıb
Uşanqi Kokauri Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatının finalına ... Ətraflı
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Bakıda keçirilən dünya çempionatında ... Ətraflı