Dünya çempionatı: Azərbaycanın olimpiya çempionu Zelim Kotsoyev mübarizəyə başlayır
09 oktyabr 2026 - 10:00 30
Azərbaycanın daha bir cüdoçusu Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.
Bu gün olimpiya çempionu Zelim Kotsoyev (100 kq) tatamiyə çıxacaq.
Onun ilk rəqibi 1/32 finalda Türkmənistan təmsilçisi Baymırat Majanov olacaq.
Təsnifat görüşləri saat 10:30-da, final bloku isə 18:00-da başlayacaq.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
Bənzər xəbərlər
Dünya çempionatı: Zelim Kotsoyev rəqibinə ipponla qalib gəlib
Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Bakıda keçirilən dünya çempionatında ... Ətraflı
MOK-un nümayəndə heyəti AOK-un 46-cı Seminarı və Olimpiya Həmrəyliyi Formunda iştirak edir
Oktyabrın 9-da Xorvatiyanın Split şəhərində Avropa Olimpiya Komitələrinin (AOK) 46-cı ... Ətraflı