Xəbərlər

Dünya çempionatı: Zelim Kotsoyev rəqibinə ipponla qalib gəlib

09 oktyabr 2026 - 12:19 15

Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.

 

O, 1/16 finalda slovakiyalı Benyamin Mataseyi ipponla məğlub edib.

 

Z.Kotsoyev 1/8 finalda Rusiya təmsilçisi Arman Adamyanla qarşılaşacaq.

 

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.