Xəbərlər

Dünya çempionatı: Uşanqi Kokauri finala vəsiqə qazanıb

10 oktyabr 2026 - 14:49 39

Uşanqi Kokauri Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatının finalına vəsiqə qazanıb.

 

O, yarımfinalda finlandiyalı Martti Puumalayneni üstələyib.

 

U.Kokauri qızıl medal uğrunda yarışda İnal Tasoyevlə üz-üzə gələcək.

 

Kənan Nəsibov isə bürünc medal uğrunda görüşdə Azərbaycanın digər təmsilçisi Camal Qamzatxanovla üz-üzə gələcək. 

 

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.