Xəbərlər

Dünya çempionatı: Süleyman Şükürov mübarizəni dayandırıb

08 oktyabr 2026 - 11:59 17

Azərbaycan cüdoçusu Süleyman Şükürov (90 kq) Bakıda keçirilən dünya çempionatındakı ikinci görüşündə məğlub olub.

 

O, 1/16 finalda yaponiyalı Qoki Tayimaya uduzub.

 

Beləliklə, milli üzvü yarışda mübarizəni dayandırıb.

 

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.