Azərbaycan boksçusu ikiqat Avropa çempionu olub
19 noyabr 2023 1433
Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında final döyüşləri keçirilir. Həlledici mərhələdə Azərbaycan millisinin 2 boksçusu rinqə çıxıb.
Finalda ermənistanlı Rudolf Qarboyanla üz-üzə gələn yığmamızın lideri Nicat Hüseynov (51 kq) rəqibinə heç bir şans verməyib. Hər 3 raundu xeyrinə bitirən Hüseynov yekunda 5:0 (29:28, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə inamlı qələbə qazanıb. O, bununla titulunu qoruyaraq ardıcıl ikinci dəfə Avropa çempionu adına layiq görülüb və Budvada Azərbaycanın Dövlət Himni səsləndirilib.
Çempionatda 57 kiloqram çəkidə mübarizə aparan Əzrək Bəbirov isə gümüş medalla kifayətlənib.
Beləliklə, Azərbaycan yığması Avropa çempionatını 5 medalla başa vurub. Komandamız 1 qızıl, 1 gümüş və 3 bürünc mükafata yiyələnib. Millimizə bürünc medalları Tural Sarıyev (48 kq), Murad Allahverdiyev (80 kq) və Marjona Savriyeva (50 kq) qazandırıb.
Bir il əvvəl Xorvatiyada yığmamız 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olmuşdu.
Bənzər xəbərlər
Mediamızın Olimpiya məşəli
"Olimpiya dünyası" qəzetinin baş redaktoru Murad Fərzəliyev "Olimpiya dünyası" qəzetinin ... Ətraflı
Tərtər "Gənclər paytaxtı", Masallı isə "İdman paytaxtı" seçilib
Gənclər və İdman Nazirliyinin kollegiya iclasında 2028-ci il üçün "Gənclər ... Ətraflı