Azərbaycan gimnastı: Olimpiadaya lisenziya qazanmaq uşaqlıq arzum idi
27 mart 2024 584
“Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya əldə etdiyim üçün sevincliyəm. Məşqçimlə birlikdə tarix yazdıq və ilkə imza atdıq”.
Bu sözləri batut gimnastikası üzrə milli komandanın üzvü Selcan Mahsudova Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına açıqlamasında deyib.
21 yaşlı idmançı bildirib ki, bu, onun uşaqlıq arzusu olub: “Bu idman növü ilə məşğul olmağa başladığım gündən etibarən Olimpiya lisenziyası qazanmağı qarşıma məqsəd qoymuşdum. Sevinirəm ki, əziyyətim yerdə qalmadı və arzum həyata keçdi. Ümid edirəm ki, qazandığım nəticə gəncləri də ruhlandıracaq və mən onlara örnək olacağam. İnanıram ki, gənclərimiz də gələcəkdə bu növ üzrə Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcəklər”.
Yığma üzvü növbəti hədəflərindən də bəhs edib: “Qarşıda məni Avropa çempionatı gözləyir. Orada medal qazanmaq üçün yüksək şanslarım var. Çox istərdim ki, Olimpiada öncəsi yaxşı nəticə göstərərək bayrağımızı dalğalandırım”.
Qeyd edək ki, bu, Azərbaycanda batut gimnastikası üzrə qazanılan ilk lisenziyadır. “Paris-2024” Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Bənzər xəbərlər
Azərbaycanda ilk dəfə keçiriləcək sumo üzrə dünya çempionatının tarixi və yeri bəlli olub
Azərbaycanda ilk dəfə keçiriləcək sumo üzrə dünya çempionatının tarixi və ... Ətraflı
Olimpiadanın açılış mərasimində çıxış edəcək müğənni müəyyənləşib
Amerikanın pop müğənnisi Meray Kerri Milano Kortino de Ampetzo - ... Ətraflı