Azərbaycanda Peşəkar boks üzrə UBO-nun(Universal Boxing Organization) növbəti kəmər döyüşü baş tutdub
01 noyabr 2022 755
29 Oktyabr “ Şağan Olimpiya Mərkəzində” Azərbaycan Peşəkar Boks komissiyasının dəstəyi, MCM Fight Promotion və TGA Promotion and Managementin birgə təşkilatçılığı ilə Peşəkar Boks gecəsi keçirilmişdir.
Bu gecədə 18 boksçu müxtəlif çəki dərəcələrində öz güclərini sınamışdırlar. Yarışda yerli boksçulardan savayı əcnəbi boksçularda iştirak edib.
Gecənin əsas döyüşü Azərbaycanlı Ayxan Ismayılov (5-1-0, 1 nokaut) ilə Azərbaycanlı Məmmədov Elnur (5-3-, 5 nokaut ) arasında UBO (Universal Boxing Organization) nun Yüngül ağır çəki üzrə İnternational kəməri uğrunda keçirilmişdir (UBO light heavy İnternation title). Ayxan İsmayılov texniki nokautla TKO ,5 raunda rəqibi üzərində parlaq qələbə qazanaraq UBO nun İnternational Light Heavy kəmərini qazandı.
Xatırladaq ki, bu artıq UBO nun 2 ci kəməri üçün ölkəmizdə döyüş təşkil olunur. Bundan öncə yüngül çəki üzrə UBO nun Dünya kəmərini boksçumuz Seymur İsayev qazanmışdır.
Digər döyüşlərin nəticələri:
1. Quliyev Rəşad – Hacıyev Rüfət (91 kq qədər çəki dərəcsi). Rüfət 2 raundda Texniki Nokaut ilə qalib gəlib.
2. Babayev Ramazan – Əliyev Fərid (57 kq qədər çəki dərəcəsi). Fərid yekdil qərar ilə qalib gəlib.
3. İsmayılov Cabbar – Hümbətov Anar (79 kq qədər çəki dərəcəsi). Cabbar 2 raundda Texniki nokaut ilə qələbə qazanıb.
4. Hemrayev Serdar (Türkmənistan) – Taryel Cəfərov (Azərbaycan) (91 kq qədər çəki dərəcəsi). Taryel 2 raundda Texniki nokaut ilə qalib gəlib.
5. Levickis İvans (Latviya) – İsmət Quliyev (Azərbaycan) (72.5 kq qədər çəki dərəcəsi). İsmət xal hesabı ilə qalib gəlib.
6. Qurbanov Xanbala – Hüseynli İlham (72.5 kq qədərçcəki dərəcəsi). Xanbala birinci raundun 3 dəqiqəsində nokaut ilə qalib gəlib.
7. Cabbarzadə Kamran – İsayev Seymur (59 kq qədər çəki dərəcəsi). Seymur 1 raundun sonunda rəqibin döyüşdən imtina etdiyinə görə Texniki nokaut ilə qalib gəlib.
8. Həbib Ur Rəhman (Pakistan) – Tarverdi Fuad (Azərbaycan). Fuad xal hesabı ilə qalib gəlib.
Bənzər xəbərlər
Azərbaycanın 6 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
Bakıda təşkil edilən kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” ... Ətraflı
Azərbaycanın qadın boksçuları beynəlxalq turniri 9 medalla başa vurublar
Bakıda təşkil olunan boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirində ... Ətraflı