Güləş ulduzları 1 İyun festivalında uşaqlarla görüşüb
02 iyun 2026 - 12:25 184
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə İçərişəhərdə xüsusi tədbir keçirilib.
Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən festivalda Azərbaycan Güləş Federasiyasının da guşəsi yer alıb.
Tədbirdə günün qəhrəmanları olan, güləş yolunda ilk addımlarını atan azyaşlı idmançılar müxtəlif güləş fəndləri nümayiş etdiriblər. Azərbaycan güləşinin tanınmış simaları – Namiq Abdullayev, Fərid Mansurov, Cəbrayıl Həsənov, Rövşən Bayramov, Hacı Əliyev, Vitali Rəhimov, Taleh Məmmədov və Ağahüseyn Mustafayev uşaqlarla görüşərək onlarla əyləncəli vaxt keçiriblər.
C.Həsənov, R.Bayramov, H.Əliyev və T.Məmmədov masterklas keçib. Azərbaycan güləş tarixində mühüm iz qoymuş pəhləvanların iştirakı ilə imza mərasimi də təşkil olunub.
Tədbir çərçivəsində uşaqlar arasında müsabiqə keçirilib və onların güləşlə bağlı bilikləri yoxlanılıb. Qaliblərə hədiyyələr təqdim edilib.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı