Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
05 iyun 2026 - 23:20 245
Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Polşanın paytaxtı Varşava şəhərində keçirilən Dünya Kubokunun play-in mərhələsində Litva ilə qarşılaşıb.
Yığmamız əlavə vaxta gedən oyunda rəqibinə 14:12 hesabı ilə qalib gələrək, 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, Azərbaycan millisi növbəti mərhələdə Almaniya yığması ilə üz-üzə gələcək. İyunun 6-da keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı