Azərbaycanda üzgüçülük üzrə məşqçilər üçün seminar keçirildi
31 oktyabr 2022 678
Oktyabrın 29-30 tarixlərdə Azərbaycan Üzgüçülük Federasiyasının, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə ölkə üzrə üzgüçülük məşqçiləri üçün sayca ikinci seminar keçirilib. Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə seminarın birinci günü - nəzəriyyə hissəsi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil olunub. Seminara ilk dəfə olaraq 40-a yaxın şəhər və rayondan 200-ə yaxın üzgüçülük üzrə məşqçılər qatılıb. Seminarın treneri beynəlxalq dərəcəli məşqçi, Azərbaycan Üzgüçülük Federasiyasının idman direktoru İvan Petrov idi. Məşqçilər üçün ilk gündə brass və baterfay üzmə üsulları ilə bağlı mühazirə keçirilib, məşqçilər bu üsulların tədris olunması yollarının nəzəri biliklər tədris olunub. Federasiyasının idman direktoru İvan Petrovun sözlərinə görə bu kimi seminarlar Azərbaycanda üzgüçülük sahəsində məşqçilik edən mütəxəssislərin bilik bacarıqlarının təkmilləşdirilməsi, yeni və müasir tədris metodlarının aşılanması baxımından çox önəmlidir:
“Biz Azərbaycan Üzgüçülük Federasiyası ilə birgə ölkədə bu sahədə çalışan məşqçilərin daha da təkminləşdirilməsi istiqamətində işlərimizi bundan sonra da davam etdirəcəyik. Təşkil edilən treninqlərin məqsədi də budur. Məşqçilərin kvalifikasiyaları artdıqca onlar öz növbəsində yerlərdə qabiliyyətli və bacarıqlı idmançıların aşkar olunmasında və onların milli komandalar üçün yetişdirilmələrində öz töhfələrini verəcəklər. Bu gün Azərbaycanda su idman növləri üzrə artıq yeni gənc nəsil yetişməkdədir. Ramil Vəlizadə, Məryəm Şeyxəlizadəxangah və digərlərini missal göstərmək olar. Amma ümid edirəm ki, Azərbaycanın ayrı ayrı bölgələrində, şəhər və rayonlarında bu idmançılar kimi bacarıqlı uşaqlar var. Onların aşkar edilməsi və üzə çıxarılması üçün bacarıqlı, müasir biliklərə malik məşqçilərin olması vacibdir. Biz də işimizi bu istiqamətdə qurmuşuq” deyə İvan Petrov əlavə edib.
Seminarın ikinci günü praktik məşğələrlə Bakı Su İdman Sarayında davam etdirildi. Burada trenerlər İvan Petrov və üzgüçülük üzrə milli komandanın məşqçisi, bir zamanlar peşəkar üzgüçü olmuş Daniel Dudaşın iştirakı ilə su hovuzunda ötən gün tədris olunan nəzəriyyələrin praktik tətbiqi məşqçilərin diqqətinə çatdırılıb. Üzgüçülük üzrə milli komandanın baş məçqçisi Rəşad Əbdürrəhmanovun sözlərinə görə bu gün ölkədə fəaliyyət göstərən Olimpiya komplekslərinin 95%-də üzgüçülük hovuzları var. Həmin idman komplekslərində çalışan məşqçilər üçün bu kimi seminarların təşkili yaxın zamanlarda öz bəhrəsini verəcək:
“Üzgüçülük Federasiyası, Gənclər və İdman Nazirliyi və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı ilə bu ikinci seminardır ki, keçirilir. Hər dəfə belə treninqlərdə iştirak edən məşçilər daha da açılışırlar. Seminarlarda mühazirələrdən sonra sorğu suallar edilir. Məşqçilər bilmədikləri yenilikləri, üzgüçülük sahəsindəki yenilikləri burada mənimsəyirlər. Ümidvaram ki, burada öyrəndiklərini məşqçilərimiz yerlərdə öz tələbələri ilə birgə tədris edəcəklər” deyə millinin baş məşqçisi əlavə edib.
İki gün davam edən seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Bənzər xəbərlər
Avropa çempionatı: ilk yarış günündə 7 cüdoçumuz tatami üzərinə çıxacaq
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə böyüklər arasında Avropa ... Ətraflı
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
Akrobatika gimnastikası üzrə 29-cu Azərbaycan birinciliyi və Bakı çempionatı start ... Ətraflı