Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
06 noyabr 2026 - 17:07 22
Azərbaycan təmsilçiləri Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında qızıl medal qazanıblar.
Bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Aleksey Karataşovdan ibarət tamblinq yığması 25 xalla qızıl medala sahib çıxıb.
Komanda Danimarka seçməsini 1 xal qabaqlayaraq çempion olub.
Qeyd edək ki, Azərbaycan seçməsi ardıcıl 3-cü dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bənzər xəbərlər
Dakar-2026: Azərbaycanın daha dörd idman növü üzrə təmsilçiləri Seneqala çatıb
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunları davam ... Ətraflı
Dakar-2026: Üzgüçümüz finala vəsiqə qazandı
Azərbaycan komandasının üzgüçüsü Süleyman İsmayılzadə Dakar-2026-da növbəti yarışına çıxıb.
Bayraqdarımız 200 ... Ətraflı