Dakar-2026-da mədəni irs simvolu
05 noyabr 2026 - 12:08 34
Dakar-2026 Yeniyetmələrin Yay Olimpiya Oyunları mədəni irsin təbliği və yerli dəyərlərin Olimpiya Hərəkatına inteqrasiyası baxımından növbəti tarixi yeniliyə imza atır.
Olimpiya tarixində ilk dəfə olaraq yarışların bütün medal və mükafat altlıqları tamamilə Seneqalın yerli sənətkarları tərəfindən milli naxışlar, ənənəvi sənətkarlıq üsulları və yerli materiallar əsasında hazırlanıb. Medalların dizaynında Afrika palması və Dakar şəhərinin əsas simvollarından sayılan möhtəşəm Baobab ağacının motivləri həkk olunub.
Bu addım Seneqalın zəngin mədəniyyətini və yerli sənətkarların əl işini dünyaya tanıtmaqla yanaşı, Oyunların dayanıqlı irs fəlsəfəsini bir daha nümayiş etdirir.
Bənzər xəbərlər
Dakar 2026: Gənc idmançılar Kristi Koventrini avarçəkmə idmanı ilə tanış ediblər
Dakar 2026 Yeniyetmələrin Yay Olimpiya Oyunları çərçivəsində Beynəlxalq Olimpiya Komitəsinin ... Ətraflı
BOK prezidenti Kristi Koventri Dakar 2026-da uşunun Olimpiya debütünü yaxından izləyib
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Kristi Koventri Dakar 2026 Yeniyetmələrin Yay ... Ətraflı