Koventri "Dakar-2026" qayayadırmanma stendini fəth edib
04 noyabr 2026 - 13:24 23
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Kristi Koventri kiçik olimpiyaçılar üçün Seneqalda təşkil olunan Yeniyetmələrin Yay Olimpiya Oyunlarının yarış məkanı – "Corniche Ouest" sahil kompleksinə ziyarəti zamanı qayayadırmanma stendinin zirvəsinə qalxıb.
Yeni başlayanlar üçün nəzərdə tutulmuş bu idman qurğusu noyabrın 13-də Oyunlar başa çatdıqdan sonra da öz yerində qalacaq və yerli ictimaiyyət üçün daimi idman resursu kimi xidmət göstərəcəkdir.
Koventri bununla bağlı təəssüratlarını belə ifadə edib: "Dakar-2026 Təşviqat Proqramı çərçivəsində təşkil olunan idman növlərini şəxsən sınaqdan keçirmək və Seneqaldan olan gənclərin enerjisini, həvəsini və marağını yaxından görmək möhtəşəm idi."
Təcrübəsindən sonra BOK prezidenti vurğulayıb ki, bu cür fəaliyyətlər gənclərə yeni idman növlərini kəşf etmək, özlərini fərqli sahələrdə sınamaq və potensiallarını üzə çıxarmaq üçün imkan yaradır. O əlavə edib ki, idman insanları birləşdirmək, əlaqələr qurmaq və yarış meydançasından kənarda da ilham vermək gücünə qadirdir.
Bənzər xəbərlər
Məryəm Cavadova: "Bütün çətinliklərə baxmayaraq, əlimdən gələni etdim və növbəti yarışlarda daha yüksək nəticələr göstərəcəyəm"
Seneqalın paytaxtı Dakar şəhərində keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında ... Ətraflı
Dakar-2026: Baş məşqçi Ruslan Hətəmxanov üzgüçülərimizin çıxışlarını dəyərləndirib
Üzgüçülük üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Ruslan Hətəmxanov Seneqalın ... Ətraflı