BOK prezidenti Kristi Koventri Dakar 2026-da uşunun Olimpiya debütünü yaxından izləyib
05 noyabr 2026 - 11:39 28
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Kristi Koventri Dakar 2026 Yeniyetmələrin Yay Olimpiya Oyunları çərçivəsində proqrama daxil edilən uşu idman növünün təsnifat mərhələlərini izləmək üçün Dakar Sərgi Mərkəzində olub.
Səfər zamanı BOK rəhbərini Beynəlxalq Uşu Federasiyasının (IWUF) Prezidenti Qao Jidan, təşkilatın vitse-prezidenti Entoni Qoh, Baş katib Çanq Yupinq və BOK üzvü Li Linqvey müşayiət ediblər.
Gənclər arasında qədim çin döyüş sənətinin təbliğinə böyük maraq göstərən Kristi Koventri yarışların təşkilatçılığı və idmançıların çıxışları ilə yaxından tanış olub. Bu səfər vuşunun rəsmi medal idman növü kimi Olimpiya səhnəsindəki debütlərinə verilən yüksək səviyyəli institusional dəstəyin göstəricisi olub.
Dünyanın 46 ölkə və ərazisindən 47 idmançının qatıldığı yarışlarda taolu (rutin əsaslı) proqramı üzrə çanquan və tayçiquan disiplinlərində gərgin mübarizə aparılıb. İki günlük gərgin mübarizənin nəticəsində səkkizliklərə daxil olan 32 finalçı qızıl medallar uğrunda mübarizə aparmaq hüququ qazanıb.
Olimpiya Hərəkatında uzun illərin səyləri nəticəsində tarixi addım atan uşu idman növünün bu debütü gələcək beynəlxalq inkişaf və qlobal miqyasda daha geniş auditoriyaya çatması üçün mühüm təməl rolunu oynayır.
Bənzər xəbərlər
Dakar 2026: Gənc idmançılar Kristi Koventrini avarçəkmə idmanı ilə tanış ediblər
Dakar 2026 Yeniyetmələrin Yay Olimpiya Oyunları çərçivəsində Beynəlxalq Olimpiya Komitəsinin ... Ətraflı
DAKAR-2026-DA TARİXİ AN: MÜSTƏQİL QAÇQIN OLİMPİYA KOMANDASI YENİYETMƏLƏRİN OLİMPİADALARINDA İLK DƏFƏ İŞTİRAK EDİR
Dakar-2026 Yeniyetmələrin Yay Olimpiya Oyunları daha bir tarixi ilklə yadda qalır. ... Ətraflı
