Xəbərlər

Dakar-2026: Süleyman İsmayılzadə növbəti çıxışına başlayacaq

05 noyabr 2026 - 22:03 71

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunları davam edir.

 

Noyabrın 6-da Azərbaycan komandasının üzgüçüsü Süleyman İsmayılzadə Dakar-2026-da mübarizəyə növbəti çıxışına başlayacaq. Bayraqdarımız 200 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında iştirak edəcək. Komandamızın üzvü Bakı vaxtı ilə saat 14:36-da yarışa qoşulacaq.

 

Süleyman İsmayılzadə 400 metr məsafəyə sərbəst üsulla üzmədə çıxış edərək, məsafəni 3:59.46 saniyəyə qət edərək final mərhələsini 8-ci pillədə başa vurub. Üzgüçümüzün ilk yarış proqramında yer alan 800 metr məsafəyə sərbəst üsulla üzmə yarışı isə suyun temperaturunun yüksək olması səbəbindən ləğv edilib.

 

Qeyd edək ki, Süleyman İsmayılzadə III MDB Oyunlarının qalibi və VI İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısıdır.