Braziliyalı baş məşqçi “Gəncə”də işə başlayıb
02 sentyabr 2025 - 15:43 458
"Gəncə" komandasının yeni baş məşqçisi Rafael Petri Azərbaycana gəlib və voleybolçularla ilk məşqlərə başlayıb.
Klubdan bildirilib ki, komanda ilə yeni mövsümə iddialı başlamağı hədəfləyən braziliyalı mütəxəssis hazırda voleybolçuları qarşıdakı yarışlara hazırlayır.
44 yaşlı çalışdırıcı ötən mövsüm Perunun “Alianza Lima” klubunu ölkə çempionu edib. Bu, komandanın 31 ildən sonra qazandığı ilk titul olub.
Petri karyerası ərzində Braziliya, Portuqaliya, İspaniya, Kolumbiya və Çexiyada müxtəlif klublarda fəaliyyət göstərib. O, həmçinin Kolumbiyanın U-17, U-18 və U-20 yığmalarını çalışdırıb, 2020–2022-ci illərdə isə Meksika millisinin baş məşqçisi olub.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı