Çinin Azərbaycandakı səfiri: “Azərbaycanda idman sürətlə inkişaf edir”
18 yanvar 2022 219

"16 gündən sonra olimpiada başlayacaq. 14 il sonra müqəddəs Olimpiya məşəli Çinə qayıdacaq".
Apasport.az saytının məlumatına görə, bunu Çin Xalq Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min deyib.
O, Milli Olimpiya Komitəsinin (MOK) Pekin-2022 Qış Olimpiya Oyunları ilə bağlı təşkil edilən təqdimat mərasimində çıxış edib: "Pekin həm yay, həm də qış olimpiadasını qəbul edən yeganə şəhərdir. Azərbaycan Cənubi Qafqazın idman ölkəsidir. Azərbaycanda idman sürətlə inkişaf edir və bu ölkənin atletləri beynəlxalq arenalarda yüksək nailiyyətlər əldə edir".
Bənzər xəbərlər

"İstedadlı uşaqların müəyyən edilməsi layihəsi"-nin Final mərhələsi bu gün baş tutdu
Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Proqramının dəstəyi, Milli Olimpiya Komitəsi ... Ətraflı

Ədalətli oyunlar sahəsində fərqlənən şəxslərə mükafatlar təqdim edilib
Mayın 17-də Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyası ... Ətraflı