Üzgüçülərimiz Rusiyada 9 medal qazanıblar
06 may 2024 808
Azərbaycan üzgüçüləri Rusiyanın Kazan şəhərində universitetlər arasında keçirilən “Rektor Kuboku” turnirində 9 medal qazanıblar.
Bu barədə Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Təmsilçilərimizin qazancı 2 qızıl, 4 gümüş və 3 bürünc medal olub.
Azərbaycan üzgüçüsü Əbdürrəhman Rüstəmov 200 m ve 50 m batterflyay üsulunda qızıl, 100 m batterflyay, 200 m qarışıq və 200 m sərbəst üsulda gümüş medala sahib çıxıb.
Digər idmançımız Rəşad Alquliyev 200 m qarışıq üsulda bürünc medalla kifayətlənib. Qadınların yarışında Fatimə Alkərəmova 200 m sərbəst üsulda 2-ci, 100 m sərbəst üsulda və 200 m qarışıq üsulda 3-cü yeri tutub.
Həftəsonu 50 metrlik “Burevestnik” üzgüçülük hovuzunda Rusiyanın 32 regionundan 1084 idmançı və Azərbaycandan olan komanda, o cümlədən 15 universitet təmsilçiləri mükafatlar uğrunda mübarizə aparıblar.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı